Kamaləddin Qafarov M.Ə.Rəsulzadə qəsəbəsində növbəti görüşlər keçirib – FOTO

Yeni Azərbaycan Partiyası tərəfindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarov yanvarın 27-də M.Ə.Rəsulzadə qəsəbəsinin Zahid Qəmbərov və Cəfər Cabbarlı küçələrinin bir qrup sakini ilə görüşüb.

XALQ.AZ məlumat verir ki, Kamaləddin Qafarov görüşə toplaşan seçicilərin çoxsaylı suallarını cavablandırıb, onların sosial problemlərinin həllinin müvafiq instansiyalara çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

XALQ.AZ