Kamil Zeynallı: “Xahiş edirəm, tədbir görün”

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı eşşəyə qarşı amansız rəftar edən şəxsi ifşa edib.
Sosial şəbəkə hesabında bu barədə paylaşım edən idmançı qoşqu vasitəsi kimi istifadə edilən heyvanı “Niva” markalı maşına bağlayaraq ardınca sürüyən şəxsi sərt şəkildə qınayıb.
Zeynallı dəhşətli görüntüləri sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “İnstagram” hesabını işarələyib və tədbir görülməsini xahiş edib:
“Daxili İşlər Nazirliyindən xahiş edirəm, hər zaman haqqın yanında olan polisimiz “Niva” sürücüsünə cəza versin. Bu dəfə eşşəyi sükan arxasına keçirək, sürücünün boynuna ip bağlayıb bu cür edək. Məncə, eşşək buna razı olmaz, çünki eşşəkdə olan şərəf bu alçaq sürücüdə yoxdur! Xahiş edirəm, tədbir görün”.
Həmin görüntüləri təqdim edirik: