Keçmiş bağça müdirindən dəşhətli əməl

Asdi-1

Bu gün səhər saatlarında İsmayıllı rayonunda 65 yaşlı qadın özünü öldürüb. Rayon Prokurorluğundan Xalq.az-a verilən məlumata görə, Lahıc qəsəbəsində yaşayan 1949-cu il təvəllüdlü Banu Əlövsət qızı Mövlanova evin həyətindəki ağacdan özünü asıb.

Onun asılmış meyidini yaxınları aşkarlayıb. Onun intehar etdiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanalrı hadisə yerində çalışır.
Qeyd edək ki, Banu Mövlanova yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri olub.

Baş verən müəmmalı intiharın səbəbləri araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda cinayət işçi başlanıb.