“Azərsu”nun əməkdaşı saxlanıldı

Qandal-1

“Azərsu” ASC-nin bir əməkdaşı vətəndaşları aldatdığı üçün həbs edilib.

Xalq.az-ın məlumatına görə, Əsgərov Arzu Rafiq oğlu Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində araşdırmalar aparılması üçün polis orqanına gətirilib. Müəyyən edilib ki, o, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.

Sumqayıt ŞPİ-nin müstəntiqi Fərid Əhmədovun sözlərinə görə, araşdırmalar yolu ilə saxlanılan Arzu Əsgərovun həqiqətən də “Azərsu” ASC-nin əməkdaşı olduğu üzə çıxıb. O, elə dələduzluq əməllərini törədən zaman da vəzifəsindən sui-istifadə edirmiş.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllərdə eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Faktla baglı dələduzluq maddəsilə cinayət işi acılıb, araşdırmalar davam edir.