Keçmiş deputatın qardaşı vəzifəyə təyin olundu

Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yeni Aparat rəhbəri təyin olunub.

XALQ.AZ  xəbər verir ki, bu barədə paytaxtın icra başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, Ayaz İmaməliyev BŞİH-nin Aparat rəhbəri təyin edilib.

Qeyd edək ki, A.İmaməliyev bundan əvvəl BŞİH Aparatının ümumi şöbəsinin və İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.

Ayaz İmaməliyevin böyük qardaşı Asif İmaməliyev Milli Məclisin ikinci çağırış deputatı olub. Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin sektor müdiri vəzifəsində işləyir.

Xatırladaq ki, BŞİH-nin keçmiş Aparat rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyevin sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.