Keçmiş millət vəkili toya hazırlaşır

 

42

Xalq artisti Amaliya Pənahova “Onlar” verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, nəvələrindən danışan aktrisa “bu il qızımın qızına toy edəcəyik” deyib.

A.Pənahova onun yolunu davam etdirəcək nəvəsini də unutmayıb:

“Qızımın oğlu Aydın aktyorluq sənətinə meyillidir. Beş nəvəmdən heç olmasa, biri sənətimi davam etdirsin. İstədiyi peşəni seçəndən sonra bu sənətlə də məşğul olacaq”.

Aktrisa son günlər müzakirə olunan imicindən də danışıb:

“Pis də ola bilər, yaxşı da. Bu imicim Moskvada çəkildiyim serial üçün idi. Sonra bəyənildiyini gördüm, belə də saxladım. Hər yaşın öz gözəlliyi var. Mən yaşımı gizlətmirəm. 50 ildir sənətdəyəm”.