Ukraynaya 1 milyard avro ayrıldı

 

86

Avropa Komissiyasının vitse-prezidenti Siym Kallas bu gün Ukraynaya makroyardım kredit proqramı çərçivəsində anlaşma memorandumu imzalayıb. Memoranduma əsasən, Ukraynaya 1 milyard avro ayrılıb.
Xalq.az Ukrayna mediasına istinadən bildirir ki, Kallas xalqın mürəkkəb vəziyyətdən çıxması, maliyyə ehtiyaclarının ödənməsi üçün ayrılan vəsaiti, ölkənin Avropa Birliyi tərəfindən dəstəklənməsinin konkret ifadəsi kimi dəyərləndirib.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynaya bir neçə il ərzində 11 milyard avro məbləğində maliyyə yardımı göstərməyi nəzərdə tutub.