“Kimə şikayət edim, bilmirəm…” – Vətəndaş

Elektron pulqabı “M10” və “Azercell” vətəndaşın pulunu mənimsəyib, qaytarmır.

Bu problemlə vətəndaş Sənan Akifzadə üzləşib. O bildirib ki, balansını artırmaq üçün “M10” vasitəsilə “Azercell” nömrəsinə 10 manat pul vurub. Pul kartdan çıxsa da telefonun balansına yüklənməyib:

“ “M10” vasitəsilə “Azercell” nömrəyə 10 manat ödəniş vurdum. Lakin balansa oturmadı. “Azercell”e yığdım dedilər ödəniş gəlməyib. “M10”a yığdım, dedilər, xəta baş verib. Amma məndə balansdan pul çıxıb. Tələb etdim ki, ödənişi qaytarın balansıma. Operator bunun mümkün olmadığını bildirdir.
Şikayətə də baxmırlar. Uzun sözün qısası, həm 10 manat çıxıdı, həm də balans artmadı. Ehtiyatlı olun, çox axmaq bir programdır. Bu “M10”dan kimə şikayət edim, bilmirəm”.