“Mərkəzi Bankın məqsədi qiymətləri aşağı salmaq olmalıdır” – Əli Məsimli

Mərkəzi Bankın məqsədi pul qazanmaq yox, qiymətlərin sabitliyini təmin etmək, qiymətləri aşağı salmaq olmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

 

Deputat bildirib ki, bu sahədə olan dəyişikliklərlə Mərkəzi Bank bilavasitə özünün funksiyalarını yerinə yetirməklə məşğul olmalıdır: “Mərkəzi Bankın fəaliyyəti niyə yoxlanılmamalıdır? Ötən ilin mart ayında Azərbaycanda 3,2 % inflyasiya olub. MDB üzrə inflyasiya göstəricisi 2 % olub. Bizdə inflyasiyanın artım tempi MDB-dən yüksəkdir. Mərkəzi Bank 8 % inflyasiya proqnozlaşdırır və bu, birrəqəmli inflyasiyadır. Amma İqtisadiyyat Nazirliyinin inflyasiya proqnozu ikirəqəmlidir. Bu aradakı fərqə aydınlıq gətirilməlidir”.