Kimsəsiz uşaqlar üçün sığınacaq tikilir

Usaq

Qalmağa yerləri olmayan və yetkinlik yaşına çatmayan uşaqlar üçün sığınacaq tikilir.

XALQ.AZ-ın məlumatına görə, məqsəd kimsəsiz və yetkinlik yaşına çatmayan uşaqların yaşayış üçün sığınacaqla təmin edilməsidir. Bir ildir ki, tikintisi başlayan sığınacağın artıq ilin sonuna təhvil verilməsi nəzərdə tutulub. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən bu məkan 50 uşaq üçün nəzərdə tutulur. Valideyn himayəsindən məhrum olan uşaqlar bu sığınacaqda qala biləcəklər.

Burada kimsəsiz uşaqlar qəbul edilib, qeydiyyat otağında qeydiyyata alınacaq. Daha sonra onlar sanitar otağında təmizləndikdən sonra psixoloqlar tərəfindən qəbul ediləcək.

Uşaqlara sosial-psixoloji yardım ediləcək. Onların tam təhsil almaları üçün burada şərait yaradılacaq. Hər bir uşağın sığınacaqda qala bilmək şansı olacaq. O, müasir standartlara cavab verən işiqlandırma sistemilə tam təmin olunub. Hər bir otaq yüksək səviyyədə təmir edilib. Böyük bir mətbəx də uşaqların isifadəsinə veriləcək. Bundan başqa geniş idman zalı və üzgüçülük hovuzu da kimsəsiz uşaqların istifadəsinə veriləcək. Sığınacaq müvəqqəti deyil, daimi fəaliyyət göstərəcək. Yəni istənilən kimsəsiz və yaşamağa yeri olmayan 18 yaşına qədər oğlan və qız bu sığınacağa qəbul ediləcək.

Bütün bu işləri isə Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi öz öhdəsinə götürüb. Qurumun tikintilərə nəzarət şöbəsinin müdiri Natiq Əzizov deyir ki, kimsəsiz uşaqlar hüquq-mühafizə orqanlarının təqdim etdiyi sənəd əsasında sığınacağa qəbul ediləcək. Onlar üçün burada ekskursiyalar təşkil edilib, müəyyən saatlarda təhsil də ala biləcək.

Şöbə müdiri Nadir Əzizovun sözlərinə görə, məqsədimiz odur ki, uşaqlar özlərini atılmış hiss etməsinlər və özlərini cəmiyyətə yararlı bilsinlər.

Bundan başqa qurum rəsmisi onu da bildirdi ki, kimsəsiz, atılmış uşaqlar qida və geyimlə təmin ediləcək. Sığınacağa ciddi nəzarət olunacaq.