Qəza törədən sürücü hadisə yerindən qaçdı

Qeza-5

Nizami rayonu ərazisində 5 minik avtomobilinin iştirakı ilə baş verən qəzada xəsarət alan olmayıb.

XALQ.AZ-ın məlumatına görə, Babək prospektilə şəhərin mərkəzinə doğru hərəkət edən “Mercedes” markalı minik maşını əvvəlcə 2-ci hərəkət zolağından saga dönmək istəyən eyni markalı maşının zərbəsinə tüş gəlib.

Qəza şəraiti yaradaraq hadisə törədən həmin sürücü heç nə olmamış kimi ərazidən üzaqlaşıb.

“Mercedes”in arxası ilə hərəkət edən “Hyundai” və “Toyota” markalı nəqliyyat vasitələri hadisəni gördükdən sonra maşınlarını saxlayıblar. Bundan sonra isə arxadan gələn “Opel”in sürücüsü “Hyundai” maşınına, o isə öz növbəsində “Toyota”ya, sonuncu isə “Mercedes”ə dəyib.

Xəsarətsiz ötüşən qəzanın səbəblərini Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları araşdırır.