Parlamentdə dava düşdü (VİDEO)

Malayziyaya məxsus təyyarənin vurulması Qərblə Rusiya arasında ziddiyyətləri daha da dərinləşdirib. Eyni zamanda qəza həm də Ukraynanın özündə gərginliyi artırıb.

XALQ.AZ-ın məlumatına görə, Ukrayna parlamentində təyyarə qəzası ilə əlaqədar dava-dalaş düşüb.

Müxalifətin Regionlar partiyasının deputatı Nikolay Levçenko hökuməti ölkənin şərqində xalqa qarşı müharibə aparmaqda günahlandırıb.

Bu, digər deputatları qəzəbləndirib və müxalifətdən olan deputata qarşı zor işlədilib.