Kişiləri evinə çağıraraq soydu – Foto

Narkotika pulu üçün 32 yaşlı qadın kişiləri evinə çağıraraq paltarlarını çıxartmalarını istəyib. Arxa otaqda gözləyən 41 yaşlı sevgilisi isə çılpaq adamları döyərək pullarını alıb. Məhkəmədə söylənənlər hər kəsi təəccübləndirib.

XALQ.AZ xəbər verir ki, İngiltərənin Kent şəhərində yaşayan Holi Şesman sevgilisi Ceremi Long ilə eyni evdə yaşıyıb. Narkotik maddə istifadəçisi olan qadın pulları oğurluq və dələduzluq edərək əldə edib. O,eyni zamanda hamilə olub. Lakin bu, kişilərə tələ qurması üçün əngəl olmayıb.

2 günahkar adamların həm pullarını, həm də bank kartlarını oğurlayıb. Onları çılpaq halda otağa bağlayıb ən yaxın banka gedərək pullarını çəkiblər. Bəzən isə maşın və evin açarlarını da oğurlayıblar. Qurbanların evlərinə gedərək kompyuter, televizor, planşet, qızıl və bu kimi dəyərli əşyalarını oğurlayıblar.

Onların məhkəməsi ötən günlərdə baş tutub. Holi Şesmanın vəkili müvəkkilinin hamilə olduğunu xatırladaraq az cəza almasını tələb edib. Ancaq məhkəmə qadının qurbanlarına acımadığını ve onları cinsəl orqanlarını kəsməklə təhdid etdiyini xatırlatdıb. Məhkəmə qadına 6 il həbs cəzası verib. Övladını cəza evində dünyaya gətirən qadın valideynlik hüququnu itirə bilər.

Orxan