Kişinin başına “motor” düşdü

olu-1

Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Məhərrəm Cabbarov həmyerlisi Fərhad Süleymanova məxsus bağ evinin ərazisindəki su quyusunda təmir işləri aparıb.

Bu zaman ehtiyatsızlıq nəticəsində su mühərriki başına düşüb. O, aldığı xəsarətdən ölüb.