Ehtiyat namazı necə qılınır?

namaz

  1. Adi halda səcdə etməyənlər bunu necə etməlidirlər?
    Alnını yerə çatdıra bilməyən şəxslər bacardıqları qədər əyilib hündür bir yerə (kiçik masaya, oturacağa və s.) qoyduqları möhürə və ya səcdənin düzgün olan əşyalara səcdə etməlidirlər. Belə olduqda əllərin içi, dizlər və ayaq barmaqlarını adi qaydada yerə qoymalıdırlar. Ümumiyyətlə, əyilə bilməyənlər yerə oturub baş ilə işarə etməlidirlər. Əgər bunu da edə bilməsələr gözləri ilə işarə etməlidirlər.

  2. “Namaz muvalat ilə qılınmalıdır”ın mənası nədir?
    Muvalat deyildikdə namazın arıdıcıl olaraq qılınması nəzərdə tutulur. Yəni namazın qiyam (ayaq üstə durmaq), rüku (dizlərə qədər əyilmək), səcdə (alını yerə qoymaq), təşəhhüd (oturaq vəziyyətdə oxunan zikr) və salamlar bir-birinin ardınca yerinə yetirilməlidir. Bilərəkdən bunlardan birini digərindən əvvəl və ya sonra yerinə yetirmək namazın batil olmasına səbəb olur.

3.Namazın təqibatı nədir və o necə yerinə yetirilməlidir?
Təqibat namazın salamlarından sonra insanın müəyyən qədər zikr edib Quran oxumasına deyilir. Yaxşı olar ki, bu əməllər üzü qibləyə yerinə yetirilsin və bunun ərəbcə olması vacib deyil. Dua kitablarında qeyd olunan zikr və duaları oxumaq olar. Təqibata dair olunan tövsiyələrdən biri də Həzrət Zəhranın (ə) zikrini yerinə yetirməkdir. Yəni 34 dəfə “Allahu əkbər” (Allah böyükdür), 33 dəfə “Əlhəmdulillah” (bütün şükürlər Allaha məxsusdur) və 33 dəfə “Subhanəllah” (Allah pakdır, bütün eyblərdən uzaqdır) zikrini deməkdir.

  1. Hansı hallarda namaz etdiyim şəklərə görə batil olmur.
  2. Yeri keçdikdən sonra edilən şəkk (məsələn, rükuda Həmd surəsini oxuyub-oxumamağınıza dair etdiyiniz şəkk). 2. Salamdan sonrakı şəkk. 3. Namazın vaxtı keçdikdən sonra edilən şəkk. 4. Çox şəkk etmək (əgər namaz qılarkən şəkk olunarsa, şəkkə əməl edərək namaz qılınmalıdır, namazdan sonra etdikdə isə buna etina olunmamalıdır). 5. Camaat namazında imamın namazın rükətlərində etdiyi şəkk (əlbəttə, əgər məmun, yəni imamın arxasında duran şəxs onların sayını bilirsə) – müstəhəb (vacib olmayan) namazlarda şəkk.

  3. Qiblənin istiqamətini müəyyən edə bilmədikdə hansı tərəfə namaz qılınmalıdır?
    Əgər qiblənin müəyyən olunması üçün aparılan araşdırmalar bir nəticə verməzsə, ehtimal olunan tərəfə namaz qılmaq lazımdır. Yox, əgər heç bir tərəfə ehtimal edə bilməsəniz və əgər namazın vaxtı çoxdursa, hər dörd tərəfə ayrı-ayrılıqda qılmaq lazımdır. Vaxt az olduqda və yalnız bir tərəfə qılmağa vaxt olarsa, həmin tərəfə istiqamətlənib namazı qılmaq lazımdır.

6.Ehtiyat namazı necə qılınır?
Üzərinə ehtiyat namazı vacib olan şəxs namazın salamından sonra dərhal ehtiyat namazı niyyəti edib təkbir deməli, Həmd oxumalı və rükuya getməli, sonra iki səcdə etməlidir. Əgər ona bir rükət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam verməli, əgər ona iki rükət ehtiyat namazı vacib olarsa, iki səcdədən sonra daha bir rükət, birinci rükət kimi yerinə yetirməli və sonra təşəhhüd və salam deməlidir. Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun “Bismillah”ını da səssiz söyləmək ehtiyat-müstəhəbdir.

7.Dəstəmaz alarkən üz və qollar neçə dəfə yuyulmalıdır?
Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə dəstəmaz niyyəti ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn, əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri nöqsansız deyil. Lazım ehtiyat olaraq birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

  1. İrtimasi dəstəmazın qaydasını necədir?
    İrtimasi dəstəmaz – insanın üzü və əllərini dəstəmaz qəsdi ilə suya salmasına deyilir. Ehtiyata zidd olmasına baxmayaraq zahir odur ki, irtimasi olaraq yuyulan əlin nəmi ilə məsh etməyin eybi yoxdur. İrtimasi dəstəmazda da gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya salınsa, gərək üz alın tərəfdən, əllər isə dirsək tərəfdən suya salınsın. Dəstəmaz üzvlərinin bəzisi üçün irtimasi, bəzisi üçün qeyri-irtimasi dəstəmaz almağın eybi yoxdur.