Ölənlərin sayı 299-a çatdı

Somo

Türkiyə Soma faciəsində ölənlərin sayı 299 nəfərə çatıb.

XALQ.AZ-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız verib.

Taner Yıldız qeyd edib ki, bu çox önəmli qəzadır və fəsadların aradan qaldırılması üçün əlimizdən gələni edirik.

Qeyd edək ki, mayın 13-də yerli vaxtla saat 15:45-də Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində dəhşətli partlayış baş vermişdi. Hadisə zamanı mədəndə 700-dən artıq fəhlə olub və onlardan bu dəqiqəyə qədər 299 nəfərin dünyalarını dəyişdiyi təsdiqlənib. Hadisə nəticəsində çox sayda fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.