Koçaryan xərçəng xəstəliyindən müalicə alır

Həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Koçaryan müalicəsini davam etdirir.

XALQ.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, əməliyyat sonrası yoxlanışı “İzmirlyan” klinikasında keçirib.

“Müayinənin nəticələri Koçaryanın yaxın günlərdə reabilitasiyasını davam etdirməli olduğunu göstərir”- deyə onun ofisindən açıqlama gəlib.

Xatırladaq ki, oktyabrın 9-da əməliyyat olunan Koçaryan xərçəng xəstəliyindən müalicə alır.

XALQ.AZ