Könül Arifqızına İTV-də vəzifə verildi

Xəbər verdiyimiz kimi, ötən gün “İctimai” kanalda kadr dəyişikliyi olub.

XALQ.AZxəbər verir ki, vəzifə verilən şəxslərin içərisində aparıcı Könül Arifqızı da var.

O, kanal rəhbəri Balakişi Qasımovun təyinatı ilə “Səhər proqramları” departamentinin direktoru seçilib.

Qeyd edək ki, Könül Arifqızı “Bir mahnının tarixçəsi” proqramının müəllifi olub. Uzun illər bir çox dillər əzbəri olan mahnılar haqda maraqlı faktlar ortaya çıxarıb.

 

 

 

Orxan