Könül Nurullayeva Ər-Riyad şəhərində iclasda iştirak edib

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Əbdüləziz Bin Turki Əl-Feysalın rəhbərliyi altında keçirilən İHF Baş Assambleyasının 12-ci iclasında İHİF-in İcraiyyə Komitəsinin üzvü olaraq iştirak etdim.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva sosial hesabında qeyd edib. Deputat bilidirib ki,iclas zamanı İHİF-in gələcək strateji planı, büdcə məsələləri, VI İslam Həmrəyliyi Oyunlarına namizəd şəhərin təqdimatı, İHİF Əsasnaməsinə ediləcək düzəlişlər, 2029-cu ildə keçiriləcək 7-ci İslam Həmrəyliyi Oyunları üçün ev sahibliyi prosesi və s. kimi bəzi mühüm məsələlər ətrafında müzakirələr apardıq.

Həmçinin qeyd edim ki, İHİF-in yeni loqosu və brendinqi tədbir iştirakçılarına təqdim olundu.