Könül Nurullayevadan təqdirə layiq addım – FOTO

“Son günlər Azərbaycanın müxtəlif bölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində “Deputat Qərargah”ında yaradılmış İşçi Qrupunun üzvləri ilə birgə operativ şəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqəyə keçərək 10-dan çox market daxilində “Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”.

XALQ.AZ xəbər verir ki, bu açıqlama ilə millət vəkili Könül Nrurullayeva çıxış edib. O, bildirib ki, ilk olaraq həmin güşələri lazımı ərzaq məhsulları ilə təmin etdik və bu estafeti davam etməyi xeyirxah insanlara ötürdük:

“Bu kampaniya nəticəsində yaxın ətrafda yaşayan sakinlərin həftədə 1 dəfə olmaq şərtilə şəxsiyyət vəsiqəsini təqdim etməklə ehtiyacı olan ərzaq məhsullarını pulsuz götürmək imkanı olacaq”.

Millət vəkili qeyd edib ki, bu çətin gündə ehtiyacı olan insanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur:

“İmkanı olan vətəndaşlarımızı həmin marketlərdəki rəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman xeyirxahlığı, mərhəmətliliyi ilə seçilib və bu çətin dövrdə də bu xüsusiyyətlərini nümayiş etdirəcəyinə ümidvaram. “Ehtiyacı olanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon ərazisində yerləşən bütün marketlərə (aşağıda adları və ünvanları qeyd olunub) təşəkkürümüzü bildirir və digər marketləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik. Bu təşəbbüsə dəstək verən əlavə marketlər olduqca, siyahıya əlavə olunacaq. Səhifəmi izləyin.
1. Rüstəmov küçəsi 43, 47 saylı binaların həyəti – “Bəxtiyar” market
2. Şərifli küçəsi 104a, 104b saylı binanın həyəti -“Həyat” market
3. Nəsimi küçəsi 28 saylı binanın həyəti – “Həyat” market
4. M.Abbasov 43 saylı binanın həyəti – “Nuray” market
5. E.Süleymanov küçəsi 133 saylı binanın həyətindəki market
6. Q.Qarayev prospekti 69 saylı binanın həyəti – “Qalib” market
7. Naxçıvanski küçəsi 77 saylı binanın həyəti – “Bolluq” market
8. Məhsəti küçəsi 5 saylı binanın həyəti – “Sərxan” market
9. E.Süleymanov 108 saylı binanın həyətindəki market
10. Rüstəmov 66,68 saylı binanın həyətindəki market

Görüntünün olası içeriği: şunu diyen bir yazı 'Ehtiyacı olanlara öz payından pay ver.'

Fotoğraf açıklaması yok.
Fotoğraf açıklaması yok.
Görüntünün olası içeriği: yiyecek
Görüntünün olası içeriği: yiyecek ve iç mekan

XALQ.AZ