Koronavirusa görə bu şəxslərə 190 manat veriləcək – Rəsmi

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumat Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbilər Planında öz əksini tapıb.

Azərbaycan Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Bu, iki ay nəzərdə tutulub.