Koronavirusa yoluxan icra başçısının müavininin son durumu

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb. 

XALQ.AZ xəbər verir ki, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək. 

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilib. Onun koronavirus testi pozitiv çıxıb.