“Koronavirusdan daha çox artıq çəkili insanlar ölüb”

“Azərbaycanda koronavirusa yoluxanların 5-6 faizi xəstəliyi ağır keçirib”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O bildirib ki, Azərbaycanda koronavirusa yoluxanların 5-6 faizi xəstəliyi ağır keçirib: “Biz ağırlaşmış, ölümlə həyat arasında qalan xəstələri həyata döndərməyə çalışmışıq. COVID-19 çox fərqli xəstəlikdir. Nəticələrimiz dünyanın bir çox inkişaf etmiş ölkələrindən daha yaxşıdır. Mübarizəmizi davam etdirəcəyik”.