TƏBİB: Yoluxma azaldığı üçün bəzi pandemiya xəstəxanalarımız bağlanıb

“Pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər”.

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib.