Körpənin üstünə darvaza aşdı

Usaq

Valideyn ehtiyatsızlığı az qalsın faciə ilə nəticələnəcəkdi.

XALQ.AZ-ın Kanal S-ə istinadən verdiyi məlumata görə, Şamaxıda 3 yaşlı uşağın üzərinə dəmir darvaza düşüb.

Sözü gedən hadisə Şamaxı şəhər Bakı küçəsində qeydə alınıb. 2011-ci il təvəllüdlü Piriyeva Xədicə Mətləb qızı həyətdə oynayarkən dəmir darvaza üzərinə aşıb. Nəzarətsiz buraxılan uşaq bir anda qəzanın qurbanına çevrilib.

Ağır dəmir parçasının altında qalan uşağın səsinə yaxınlıqda olan insanlar gəliblər. 3 yaşlı Xədicə ağır kəllə-beyin travması alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.