Korporasiyanın iclası keçirildi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirovun sədrliyi ilə Korporasiyanın videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran məsələlər “ASK” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri olan alüminium sənayesinin inkişaf perspektivləri, bu sahəyə yeni xarici investorların cəlbi və Korporasiyanın birgə layihələrdə payçı kimi iştirakı, “ASK” ASC-nin əməkdaşlarının stimullaşdırılması tədbirləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyətləri olan “ASK Tütün” MMC, eləcə də “ASK Aqro” MMC-nin gələcək fəaliyyət planları olmuşdur. İclasda Baş direktor Kamran Nəbizadə və digər vəzifəli şəxslərin məruzələri dinlənilmiş, cari məsələlər müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilmişdir.