“Ermənistan uzun illərdir ki, medianın gücü ilə öz lobbisini bu şəkildə yaradıb” – Aqil Ələsgər

“Təəssüf ki, Qarabağda işğalın ilk illərində dövlətimiz, ordumuz o qədər də güclü deyildi, təbii ki, xalqımızda millətçilik var idi, amma milli birliyi bu qədər möhkəm saxlayacaq liderimiz yox idi. Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm iradəsi ilə ordumuz diplomatik və coğrafi maneələri dəf edərək torpaqlarımıza azad etdi və Qarabağ zəfərini qazandıq.” – deyə Nahid Canbaxışlı bildirib.
Səfər Qaraqoyunlu  çıxışında bildirib ki, “Azərbaycan bitməyən bir davanin içərisindədir. Çünki hələ də  torpaqlarımızda erməni separatçı dəstələri var . Azərbaycan məsələsi təkcə Azərbaycanın deyil, Türkiyə və türk dünyasının da işidir. Çünki Azərbaycan coğrafi baxımdan dünyanın ən mühüm mərkəzlərindən biridir. Təəssüf ki, Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi uzun illərdir işğal altındadır və dünya susub. Lakin son iki ildə Türkiyə Cümhuriyyəti və Azərbaycanın dəmir yumruqları ilə masaya vuraraq, bunun belə olmadığını göstərdi”. deyə bildirib.

Forumda çıxış edən Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin prezidenti Səfər Qaraqoyunlu bu forumun əhəmiyyətindən söz açıb.
Qarabağın da Çanaqqala kimi tarixi bir zəfərlə əldə edildiyini bildirən Qaraqoyunlu deyib:
“Torpaqlarımızı Azərbaycan oğulları 44 günə işğaldan azad etdilər. Bu Azərbaycan xalqının zəfər nəğməsi idi” .

Ataşehir Bələdiyyəsinin Mədəniyyət və Sosial işlər üzrə müdir müavini Murat Aşçı bildirib ki, son illər ərzində çox işlər görülüb.  “Sərhəd şəhərlərimiz Qars-Ardahan-İğdırda mühüm işlər görmüşük.  İstəyirik ki, Türkiyə və Azərbaycan qardaşlığı mədəni və sosial baxımdan bütövlükdə qəbul edilsin. Bu məqamda mən istəyirəm ki, bütün QHT və ictimai təşkilatlar bir araya gəlsin və bunu hər yerdə səsləndirsinlər. Azərbaycan tək deyil”. deyə Murat Aşçı bildirib.

Forumda çıxış edən jurnalist Celal Karaali bildirib ki, 30 ildir bir nəşr sahibi, jurnalist olaraq türk xalqını Azərbaycana edilən pisliklərə qarşı maarifləndirmək üçün əlimizdən gələni etmişik. Karaali deyib ki, “Türk xalqı son illərdə Ermənistan dövlətinin Qarabağda və Xocalıda nələr etdiyini öyrənib. İndi Xocalı soyqırımı hər ildönümündə Türkiyə mətbuatında və ictimai rəydə geniş yer almağa başlayıb. Məqsədimiz Türkiyənin Trakya, Qara dəniz, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrinin bu mövzularda daha çox həssaslıq göstərməsi və daha çox məlumat sahibi olmasıdır”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər  bildirib ki, bu məsələlərdə medianın böyük rolu var. “ Ermənistan uzun illərdir ki, medianın gücü ilə öz lobbisini bu şəkildə yaradıb. Biz də türk lobbisini qlobal miqyasda gücləndirmək üçün daha çox əməkdaşlıq etməliyik. Hesab edirəm ki, heç bir lobbi türk birliyinə qarşı dura bilməz”. -deyə Aqil Ələsgər bildirib.

Forumda çıxış edən Toğrul Allahverdili isə çıxışında vurğulayıb ki, 2020-ci ilin 27 sentyabır tarixinə kimi bütün forumlarda,müxtəlif tribunlarda bizim çıxışlarımız “İnşallah o gün olun Qarabağda toplaşaq”deyə olardı: “44 günlük müharibə ilə Ali Baş komandanımız İlham Əliyevin liderliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı  bu arzumuzu gerçək etdi. Bu gün də deyirik ki, Qarabağ Azərbaycan olduğu kimi, inşallah bir gün  bütün itirilmiş torpaqlarımız yenidən bir bayraq altında vahid olacaq”.

Forumun sonunda iştirakçılara xatirə paleketləri təqdim olundu.