Külli miqdarda içki və siqaret aşkarlanıb (FOTO)

Icki

Spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı ilə mübarizə tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı sakininin qarajına baxış keçirilib.

DGK mətbuat mərkəzindən daxil olan məlumata görə, keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, 2-ci döngə ünvanında yerləşən qarajlara baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı Bağışov Həsrət Nüsrət oğluna məxsus külli miqdarda xaricdə istehsal olunmuş aksiz markasız spirtli içkilər, həmçinin siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Icki