Kürdəmirdə ağır yol qəzası: ölənlər var

Kurdemir

Ötən gün axşam saatlarında Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Çöl Ərəb kəndində (rayon mərkəzindən 18 km aralı) “Mercedes” markalı yük avtomobili və “Ford” markalı minik avtomobili toqquşub.

Nəticədə “MERCEDES” markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

“FORD” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyyatı üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.