Kürdəmirdə səyyar qəbul

Kurdemir

Avqustun 28-də rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun Qarabucaq qəsəbəsində əhali ilə növbəti səyyar qəbul-görüş keçirmişdir.
XALQ.AZ xəbər verir ki, görüşdə rayonun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq və Qurd Bayram kəndlərinin sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Allahverdiyev əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat vermişdir.

Kənd sakinlərindən Miri Qasımov, Sərvər Həsənov ,Yunus Abbasov və digərləri son illərdə Respublikamızda, rayonumuzda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və əldə edilmiş nəaliyyətlərə görə  dövlət başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbulda kənd  sakinlərinin  təbii qaz, enerji və su təchizatı, sosial  müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri diqqətə çatdırılmış, onların hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıqlar verilmiş, qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapmışdır.

Görüşü yekunlaşdıran İcra Başçısı Ceyhun Cəfərov ölkə rəhbəri  cənab İlham Əliyevin tapşırığına əsasən İcra orqanlarının rəhbərlərinin, dövlət məmurlarının əhali ilə bilavasitə yerlərdə görüşlərinin təşkil olunmasını çox mühüm amil kimi yüksək qiymətləndirmişdir.Məhz belə mütəmadi görüşlərin keçirilməsi də cənab Prezidentin ölkə sakinlərinə göstərdiyi diqqət və qayğıların bariz nümunəsidir.
Sonda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Kurdemir