Kürdəmirdəki orta məktəbdə biabırçı hadisə

Mekteb

Yeniyetmə qız özünü pəncərədən atdı

Azərbaycanda 16 yaşlı qız orta məktəbdə intihara cəhd edib. Xalq.az xəbər verir ki, hadisə Kürdəmir şəhərində baş verib. Şəhər 6 saylı orta məktəbinin 10-cu sinif şagirdi, 1998-ci il təvəllüdlü Ələkbərova Aytac Mübariz qızı 3-cü mərtəbədəki sinif otağının pəncərəsindən özünü atıb. O, ağır vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər 16 yaşlı qızın Bakıya təxliyə edilməsinə qərar veriblər və yaralı paytaxta gətirilib. İlkin olaraq 16 yaşlı qıza qarnın, döş qəfəsinin küt travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb. Valideynləri bildiriblər ki, A.Ələkbərova epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Bu səbəbdən də onun, nəfəs almaqda çətinlik çəkərkən pəncərəyə yaxınlaşması və bu zaman yıxılması ehtimalı da var.

Qeyd edək ki, hadisə tənəffüs vaxtı baş verib.