Lənkəranda ata və oğul çayda boğuldu

Boguldu

Lənkəranda bədbəxt hadisə baş verib. XALQ.AZ-ın məlumatına görə, ata və oğlu kanalda boğulub. Hadisə bu gün günorta saatlarında Bəlləbur kəndində baş verib.

Boğulanlar kənd sakinləri 1967-ci il təvəllüdlü Əliyev Hacıəli Vəli oğlu və onun oğlu 1995-ci il təvəllüdlü Əliyev Elməddin Hacəli oğludur.

İlkin məlumata görə, onlar qoyunlarını kanala aparıblar. Burada qoyunların suda boğulduğunu görüblər. ata və oğlu heyvanları xilas etməyə çalışıblar. Lakin hər ikisi suda boğulub.

Meyitlər Lənkəran Pataloji Anatomiya Birliyinə gətiriliblər. Hazırda hüququ mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.