Ləzgilər İlham Əliyevi dəstəkləyir

 

01

Qusar camaatı İlham Əliyevin yenidən prezident seçilməsini istəyir”.

Bunu Milli Məclisin bu bölgədən seçilən deputatı Azər Badamov bildirib.

Millət vəkilinin sözlərinə görə, toplum olaraq ləzgilərin kompakt yaşadığı Qusarda müxalifətə yer yoxdur:

“Mən də öz növbəmdə prezident İlham Əliyevin təbliğat kampaniyasına qoşulmuşam. Seçkilərdə cənab prezidenti dəstəkləyirik. Keçirdiyimiz hər bir görüşdə insanların yüksək əhval-ruhiyyədə olduğu hiss olunur. Qusarda hamının istəyi odur ki, cənab prezident yenidən prezident seçilsin. Mən iki gündür seçki kampaniyası ilə bağlı insanların arasındayam. Onlar prezidentə dəstək olacaqlarını bəyan edirlər”deyə deputat vurğulayıb. A. Badamovun sözlərinə görə, cənab prezident qusarlıların ürəyindədir. “Rayonda gedib kimi saxlayıb desəniz ki, kimi dəstəkləyəcəksiniz, təbii ki, cənab prezidenti dəstəkləyəcəklərini deyəcəklər”.

Deputat deyib ki, müxalifətin Qusarda heç bir reytinqi yoxdur. “Onlar əgər Qusarda 5 nəfər ətraflarına yığa bilsələr böyük iş olar. Bizim bölgədə müxalifətə müsbət münasibət yoxdur”-deyə A.Badamov bildirib. (modern.az)