Latviyada konfrans keçiriləcək

Milli Məclisin deputatı, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və deputat Asim Mollazadə mayın 14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfransda iştirak edəcək, səfər çərçivəsində Latviya Seyminin yeni seçilmiş üzvləri və digər dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

Səfər mayın 19-da başa çatacaq.