Ledi Qaqa tamaşaçılara hirsləndi

Qaqa

Nyu-Yorkda mehmanxanaların birində çıxış edən Ledi Qaqa dinləyicilərin səs-küy salmasına etiraz edib.

Müğənni caz kompozisiyası ifa edərkən dayanıb və ona mane olan tamaşaçılardan susmağı xahiş edib:

“Siz susmağı bacarırsınız? Biz burada caz ifa edirik, lənətlənmiş varlılar. Əgər zalda sakitlik yaratsanız, minnətdar olarıq”.

Müğənni Nyu-York Dəb Həftəsi çərçivəsində “Harper’s Bazaar” qadın jurnalı tərəfindən təşkil edilmiş əyləncə gecəsində çıxış edib. Qonaqlar arasında Donatella Versaçe, aktrisa və model Bruk Şilds, müğənnilər Maksvell və Miqel olub.