Şəkidə su problemi

14

Şəkidə sakinlərin suyu kəsilərək otellərə verilib

Şəkidə su problemi var. Sakinlərin sözlərinə görə, problemin yaranma səbəbi yaşayış evlərinə gələn suyun kəsilərək yaxınlıqda olan “Sheki Palace” və “Karvansaray” otellərinə verilməsidir.

“Şəkinin Vidadi küçəsi və Axundzadə prospekti yaxınlığında yerləşən evlərin hamısı susuz qalıb. Bəzi küçələrdə ötən ilin aprel ayından, bəzilərində isə bu ilin aprelindən etibarən içməli suyun verilməsi dayandırılıb” – deyə yerli sakinlər bildiriblər.

Şikayətçilərin sözlərinə görə, Axundzadə prospektindəki “Sheki Palace” və “Karvansaray” otellərinin yaxınlığında yerləşən yaşayış evləri ötən ilin aprel ayından suya həsrətdir. Vidadi küçəsində yerləşən evlərin suyu isə bu ilin aprelindən kəsilib.

Sakinlər iddia edir ki, onlara verilməli olan su kəsilərək yaxınlıqdakı otellərə verilib.Bizim içməli suyumuz yoxdur. Amma 100-150 metr məsafədə olan otellərin su problemi heç vaxt olmur. Əvvəllər də quraqlıqla əlaqədar su problemimiz olurdu. Bu il isə su kökündən kəsildi. Builki quraqlıqdan qat-qat artıq quraqlıq olan zamanlar olub. Ancaq heç vaxt belə olmurdu. Nə oldusa, bu otellər tikiləndən və təmir ediləndən sonra oldu” – deyə sakinlər şikayətlənir.Onlar deyir ki, hazırda su ilə təmin olunurlar, amma…: “Şəki Şəhər İcra Hakimiyyətinin ayırdığı maşınlarla 2-3 gündən bir yaşayış evlərinə su paylanır. Nə vaxta qədər belə olacaq? Quraqlıq necə olur ki, qışda da olur? Və necə olur ki, ancaq bu otellərə yaxın olan məhəllələrə su verilmir?”

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq