Lerikdə qəbul keçirildi

 

5

 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov  rayonunun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Nücü, Lərmərud, Haftonu, Davidonu və Vamazqon kənd sakinləri ilə səyyar qəbul keçirib. Kənd ağsaqqalları ölkədə gedən sosial-iqtisadi inkişafdan və bu istiqamətdə Lerik rayonunda aparılan quruculuq işlərindən razılıqlarını bildirərək, rayonumuza göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçımız İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər. Mövcud problemlərlə bağlı səslənən təkliflər dinlənillərək yerindəcə aidiyyəti orqanlara tapşırıqlar verildi.

 

8