Lerikdə “VAZ-2106” dərəyə aşıb

06

Xalq.az xəbər verir ki, Lerikdə ağır yol qəzası baş verib. Hadisə Lənkəran-Lerik şose yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elnur Naib oğlu Əzizovun idarə etdiyi “VAZ-2106” markalı, 56 BE 561 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə aşıb.

Sürücü maşında tək olub. Bu zaman sürücü ayıq tərpənib və vaxtında özünü yerə atıb. Dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı Lerik rayon polis şöbəsində araşdırma aparılır.