Leyla Əliyevanın şeirləri xarici mətbuatda

 

76

Belarusun ən çox oxunan və kütləvi tirajla nəşr olunan “Неман” ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib. 

 

Xalq.az AzerTac-a istinadən xəbər verir ki, həmin şeirlər Belarus oxucularının diqqətini cəlb edib və böyük marağa səbəb olub.

“Неман” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx Sənan” poemasına yer ayırıb. Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir.