Baş redaktor vəfat etdi

Suleyman

Gürcüstanda ilk azərbaycandilli qəzet olan “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov 79 yaşında vəfat edib.

Qəzetin redaksiya heyətindən verilən məlumata görə, tanınmış jurnalist, publisist, tarixçi, tərcüməçi, Gürcüstanda müxtəlif vəzifələrdə çalışan Süleyman Məhəmməd oğlu Süleymanovun vəfatı Gürcüstan ictimaiyyətinə, eyni zamanda ölkədə fəaliyyət göstərən azərbaycandilli mətbuat üçün ağır itkidir.

O, ömrünün 40 ildən çoxunu azərbaycandilli qəzet olan “Gürcüstan” qəzetinə həsr edib. Həmçinin 1992-ci ildə təsis edilən “Gürcüstan Azərbaycanlıları İttifaqı”nın sədri olub.