Leyla Mətindən “Xəzər” şeiri

Leyla

XƏZƏR

Yenə daralıb sinəm,

Yenə sahilindəyəm,

Ey sinəsi genişim,

Gəlmişəm doğmam ilə dərdlərimi bölüşüm.

Gəlmişəm, anasız könlümü ovut,

Gəlmişəm gözümdən çəkilsin bulud,

Gəlmişəm deyəsən: “Hər dərdi unut”.

Gəlmişəm, son dəfə sənlə görüşüm.

Baş alıb gedirəm daha şəhərdən,

Sən Allah, yuxuma gəl mənim hərdən,

Ürəyim sıxılsa qəmdən-qəhərdən,

O qərib şəhərdə kimnən bölüşüm?

Hansı dəniz doğma olar Xəzərdən?!

Şahə qalx, dalğanla bir də öpüşüm.

Oturum, birazca yu dizlərimi,

Gəzişim sahildə öp izlərimi,

Ayrılıb gedəndə sürün arxamca,

Sən, ey mehribanım, əzizlə məni.