Məhəmməd Peyğəmbərin (s) məzarı köçürülür?

Mezar

Məhəmməd Peyğəmbərin (s) məzarı başqa yerə köçürüləcək.

XALQ.AZ-ın məlumatına görə, bu barədə İngiltərənin “İndependent” qəzeti xəbər yayıb.

Qəzetin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hökumətinin Mədinə şəhərində yerləşən Məscid ən-Nəbəvidə apardığı genişlənmə planı səbəbilə Həzrət Məhəmməd (s) peyğəmbərin məzarının dağılma təhlükəsi ilə üz-üzə qalıb.

Bu təklifi Riyad Universitetinin akademiki Abdulaziz al-Şabal irəli sürüb. O, peyğəmbərin həyat yoldaşlarının və qızlarının məzarlarının yerinin dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

Milyonlarla müsəlmanın ziyarət etdiyi qəbrin yaxınlıqdakı ElBaki qəbiristanlığına köçürüləcəyi nəzərdə tutulur. İngiltərə qəzeti hələlik bu barədə konkret qərar verilmədiyini bildirib.

Qeyd edək ki, Məscid ən-Nəbəvi barədə rəsmi məsuliyyət Səudiyyə kralı Abdullah ibn Əbdüləziz Əl-Səuda aiddir.