Məhərrəm Novruzov yeni vəzifəyə təyin olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə qoyub.

Deputatın qardaşı Məhərrəm Novruzov müavafiq əmrlə ƏSMN-nin Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Regionlarla İş üzrə Mərkəzi Filialının direktorun müşaviri təyin olunub.

Bundan əvvəl Məhərrəm Novruzov DSMF-nin 1 saylı nümayəndəliyinin müdir müavini vəzifəsində çalışıb. O, uzun illər Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsini də tutub.