Məhşur terrorçu öldürüldü (FOTO)

Terror

Nigeriya höküməti “Boko Haram” terror qruplaşmasının başçısı Əbubəkr Şekainin öldürüldüyünü bəyan edib.

XALQ.AZ-ın məlumatına görə, radikalların liderinin necə öldürüldüyü məlum deyil.

Nigeriya hökuməti bununla bağlı hələlik heç bir açıqlama vermir.

Əbubəkr Şekainin rəhbərlik etdiyi qruplaşma 2002-ci ildən hökumətə qarşı mübarizə aparır.

“Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlandığını bəyan edib.

Şekainin adı ABŞ-ın Dövlət departamentinin beynəlxalq təhlükəli terrorçu siyahısında olub və onun tutulması üçün 7 milyon dollar mükafat vəd edilib.

“Boka Haram” qruplaşması BMT tərəfindən də terrorçu təşkilat kimi tanınıb.

Qeyd edək ki, “Boka Haram” qruplaşması aprelin 17-də 276 məktəbli qızı oğurlayaraq satacağını bildirmişdi.

Terror