Xırdalanda partlayışda zərər çəkənlərə ev veriləcək

Ali

Xırdalanda partlayış nəticəsində evləri dağılan məcburi köçkünlərin köçürülməsi ilə bağlı məsələyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsindən aydınlıq gətirilib.

XALQ.AZ-ın məlumatına görə, komitənin sədri Əli Həsənov zərərçəkmiş məcburi köçkünlərin yeni evlərə köçürüləcəyi xəbərini təsdiqləməyib.

“Azərbaycan prezidenti özü şəxsən mənə tapşırıq verib ki, partlayış zamanı zərərçəkən ailələr üçün lazımi tədbirlər həyata keçirilsin. Hazırda həmin binada təmir işləri aparırıq. Tezliklə ailələri qaytaracağıq”.