Məkkəyə güclü yağış yağdı

Yagis-2

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan şiddətli yağışlar, daşqına səbəb olub.

XALQ.AZ-ın məlumatına görə, bütün gecə boyunca yağan və bu gün də davam edən yağış müqəddəs şəhərin küçələrini gölə çevirib.

Sel küçələrdəki bir sıra avtomobilləri də aparıb. Verilən məlumatlara görə, Ümrə ziyarətində olun müsəlmanlar müqəddəs Kəbə ətrafında şiddətli yağış altında dövrə vurublar.