Nazirlikdən şagirdlərə xəbərdarlıq

Tehsil-1

Təhsil Nazirliyindən məktəblilərin təhsildən yayınması ilə bağlı açıqlama verilib.

Nazirlikdən verilən məlumata görə, şagirdlərin təhsildən yayınıb-yayınmamaları ilə bağlı monitorinqlər, əsasən, davamlı olaraq yerli təhsil orqanları tərəfindən aparılır. Nazirlikdən bildiriblər ki, icra nümayəndəlikləri, müvafiq hüquq-mühafizə təşkilatları da təhsildən yayınmanın qarşısının alınmasında iştirak edirlər:

“Təhsil Nazirliyinin nümayəndələri yerlərdə olarkən həmin məsələ ilə yaxından maraqlanır, seçmə yolla araşdırmalar aparırlar”.

Nazirlikdən məktəbdən yayınma hallarının qarşısı alınması məsələsinə də aydınlıq gətiriblər:

“Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur”.