Müəllim vakansiyalarının sayı aşağı düşəcək

Muellim

Təhsil Nazirliyi müəllim işləmək üçün bölgələrdə olan vakant yerlərlə bağlı açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, ötən il Təhsil Nazirliyi tərəfindən 3286 vakant yer müsabiqəyə çıxarılıb. Nazirlikdən bildiriblər ki, müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır. Keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub.

Nazirlikdən bildirilib ki, bölgələrdə vakant yerlərin çox olması buradakı məktəblərdə az saatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əmək haqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır.