Mobil telefonla danışanlar cərimələnə bilərlər

Telefon-2

XALQ.AZ-ın məlumatına görə, Tayvan hakimiyyəti küçəni keçərkən mobil qurğulardan çox istifadə edən piyadalara cəza tədbiri görməyi təklif edib. Öz təhlükəsizliyinə etinasız yanaşan piyadalar üçün 10 dollar məbləğində cərimə kəsiləcəyi gözlənilir. Amma bəzi insanlar cərimə məbləğini az hesab edir və onu xeyli artırmağı təklif edir.

ANS PRESS ICTnews-a istinadən bildirir ki, yerli KİV-in hesablamasına əsasən, ölkədə 14 milyon mobil qurğu istifadəçisi var. Təxmin edilir ki, mobil telefonların çoxalması yol-nəqliyyat hadisələrinin artmasına səbəb olub.

Belə ki, çox vaxt piyada başını qaldırmadan yolun hərəkət hissəsinə çıxır və nəticədə nəqliyyat vasitəsinin təkərləri altında qalır.