Məktəblərin açılması barədə məlumat

Xəbər verdiyimiz kimi bu həftə Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq təşkil ediləcək.

XALQ.AZ-ın xəbərinə görə, artıq brifinqin vaxtı məlumdur.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.

Ekspertin sözlərinə görə, təhsil sahəsinin gələcək fəaliyyəti ilə bağlı Təhsil Naziri Emin Əmirullayevin iştirakı ilə brifing 22 yanvarda keçiriləcək.

Həftənin cümə günü tədris ilinin növbəti aylarda təşkilinə aydınlıq gətiriləcək.